EN

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (28.07.2025 - 03.08.2025) məlumat açıqlanıb.

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 48 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 309 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 726.1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bizim.Media

Chosen
58
29
bizim.media

10Sources