EN

Azad edilmiş ərazilərdə daha 63 mina aşkarlanıb

Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (28.07.2025 - 03.08.2025) məlumat açıqlanıb.

ANAMA-dan Hafta.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 48 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 309 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 726.1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Chosen
61
29
hafta.az

10Sources