Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 7 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyası ləğv edilib.
Bu barədə News365.az-a AMB-yə istindən xəbər verir.
"Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 30 iyul 2025-ci il tarixli Qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 7 (yeddi) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib", - məlumatda vurğulanıb.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısı:
№ | Sığorta agentinin adı | Lisenziyanın tarixi | Lisenziyanın nömrəsi | VÖEN |
1 | Abasov Azər Telman oğlu | 13.06.2011 | 000449 | 4500746742 |
2 | Hümbətzadə Gülgəz Vüqar qızı | 02.12.2022 | SA-0268 | 2906810402 |
3 | Məmmədli Samir Camal oğlu | 20.12.2024 | SA-0362 | 2907641202 |
4 | Muxtarov Mahir Muxtar oğlu | 12.12.2012 | 000823 | 2902529402 |
5 | Nağdəliyev Fuad Elman oğlu | 12.01.2017 | SA-004 | 1600436292 |
6 | Nağıyev Eltun Məzahir oğlu | 26.11.2024 | SA-0357 | 5901255262 |
7 | Qurbanov İmran Alverdi oğlu | 05.10.2018 | SA-0080 | 2904994942 |