Azərbaycan Mərkəzi Bankı (AMB) 7 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
Referans xəbər verir ki,bu barədə Valyuta.az-a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar iyulun 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin
dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alınaraq qəbul edilib.