Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatında 26 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.
Operativ Media xəbər verir ki, son yarış günündə daha 2 idmançı qızıl medal əldə edib.
Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (60 kq), Əbil Yusubov (73 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medal əldə edib.
Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub