AZ

Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda komanda hesabında birinci olublar

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrəgənclər arasında Avropa Kuboku başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, son yarışgünündə daha 2 cüdoçumuz Dövlət Himnimizi səsləndirib.

Süleyman Şükürov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütüngörüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (-60 kq), Əbil Yusubov(-73 kq) qızıl, Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66kq) isə bürünc medal əldə edib.

Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla26 ölkə arasında ümumi komanda hesabında birinci olub.

Seçilən
30
28
az.trend.az

10Mənbələr