EN

Rəşad Nəbiyev “Etisalat”ın sədri ilə danışıqlar aparıb

"BƏƏ-yə səfər çərçivəsində dünyanın aparıcı texnologiya və telekommunikasiya şirkətlərindən olan “Etisalat”ın sədri Jassim Mohammed ilə görüşdük".

Operativ Media xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz "X" hesabında bildirib:

"Dubayda keçirilən COP28-də əldə etdikləri dəyərli təcrübəni COP29-un Bakıda təşkili zamanı bizimlə bölüşdükləri üçün şirkət rəhbərliyinə təşəkkür etdik.

Telekommunikasiya sahəsində təcrübə mübadiləsi, məsləhət dəstəyi və gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik. Eyni zamanda şəhər nəqliyyatı sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi apardıq. 

“Etisalat” rəhbərliyini 17-28 noyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) dəvət etdik".

Chosen
24
7
operativmedia.az

10Sources