Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Əbu-Dabi şəhərində dünyanın aparıcı texnologiya və telekommunikasiya şirkətlərindən olan “Etisalat”ın sədri Jassim Mohammed ilə görüşüb.
Rəşad Nəbiyev Dubayda keçirilən COP28-də əldə etdikləri dəyərli təcrübəni COP29-un Bakıda təşkili zamanı bizimlə bölüşdükləri üçün şirkət rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə telekommunikasiya sahəsində təcrübə mübadiləsi, məsləhət dəstəyi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda şəhər nəqliyyatı sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
“Etisalat” rəhbərliyi 17-28 noyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) dəvət olunub.