EN

Mehriban Ələkbərzadə sənədli film çəkir

"Azərbaycan Dövlət Televiziyasının sifarişi ilə sənədli film çəkilir. Zəfərimizin beş illiyinə həsr edilmiş “44.8” adlı filmdir".

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri rejissor Mehriban Ələkbərzadə deyib.

Onun sözlərinə görə, layihə üzərində böyük bir heyət çalışır: Toyuqlu pizza

"Bu film mənim digər filmlərimdən bir az fərqli olmalıdır. Amma bəzən biz rejissorlar da rəsmlərinə məna yükü qoya bilməyən rəssam kimi, düşündüklərimiz ilə etdiklərimiz arasında ilişib qalırıq.

Azı 2 seriya olacaq. Hərçənd ki, sənədli filmlər silsiləsini sevirəm. Amma serial estetikasın sevmirəm. Lakin 44 günün özü də böyük bir tarix, böyük bir prosesdir. Və 44 günü özündə ehtivası üçün də bir film azdır. Böyük mənada ifadə etməlidir. Buna görə də neçə seriya olacaq, indidən deyə bilmərəm".


Telegram kanalımız
Chosen
26
1
yenisabah.az

2Sources