EN

Vida mərasiminə Əli Əsədov da qatıldı - FOTOlar

Baş nazir Əli Əsədov Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində iştirak edib.

"Qafqazinfo"nun məlumatına görə, Baş nazir Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən mərasimə qatılıb və mərhumun ailə üzvlərinə başsağlığı verib.

Həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmilər də vida mərasimində iştirak edib.

Mərhum Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, E.Əfəndiyev 1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini icra edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
12
8
milli.az

10Sources