EN

Həkim insulta səbəb olan içkilərin adını açıqladı

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Spirtli içkilərlə insult arasında birbaşa əlaqə var, xüsusən də insan ürək-damar xəstəliyindən əziyyət çəkdiyi halda içki içməyə davam edirsə. Ölkə.Az xəbər verir ki, bu barədə Dövlət Maarifləndirmə Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov “Lenta.ru”ya danışıb.

Umnov bildirib ki, hər hansı spirtli içki insult riskini artırır, çünki onların qəbulu aşağıdakı xəstəlik və vəziyyətlərə səbəb olur: yüksək təzyiq (hipertoniya), qaraciyərin zədələnməsi, böyrək çatışmazlığı, xolesterin səviyyəsinin yüksəlməsi və onun damarların divarlarında toplanması. Cərrahın sözlərinə görə, beynin arteriyasının trombla tıxanması insultun ən çox rast gəlinən səbəbidir.

Bundan başqa, Umnov qazlı şirin içkilərin də ürək-damar sistemi üçün təhlükəli olduğunu xatırladıb. Onun sözlərinə görə, bir çox fabrik içkiləri tərkibində yüksək miqdarda şəkər və konservant olan konsentratlardan hazırlanır.

“Ümumiyyətlə, istər şəkərli, istərsə də şəkərsiz enerji içkiləri ürək sağlamlığına mənfi təsir göstərir. Əksər insult hallarının səbəbi insanların təzyiqini, nəbzini nəzarətsiz buraxması, vaxtında həkimə müraciət etməməsi, lazımi dərmanları qəbul etməməsi və düzgün qidalanmamasıdır. Əgər kardioloqa müraciət etsəniz, o sizə deyəcək ki, əsas məsələ ürəyə olan yükü azaltmaq və qan dövranını yaxşılaşdırmaqdır,” — deyə Umnov bildirib.

Həkim həmçinin qeyd edib ki, spirtli və qazlı içkilərlə yanaşı, qəhvə və tünd çay da təhlükəli içkilər sırasındadır. Onları nəzarətsiz şəkildə qəbul etməyə davam edən insanlar öz orqanizmlərində taxikardiyanı (ürək döyüntüsünün sürətlənməsi) daha da artırır və bu da son nəticədə insultla nəticələnə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
olke.az

2Sources