EN

“Şkendiya”nın mərhələ adlamaq üçün real şansı var” – sabiq “Qarabağ”lı

“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem ölkəsinin “SportSport” saytına açıqlamasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) cütü haqda fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, hazırsa Şimali Makedoniyanın “Başkimi” klubunun baş məşqçisi olan mütəxəssis iki komandanın da şanslarını dəyərləndirib:

“Şkendiya” çox yaxşı komandadır, əla baş məşqçiləri var. Əminəm ki, “Qarabağ”ın oyunu detallı şəkildə analiz olunub. “Şkendiya” topa daha çox sahib olmağa çalışmalıdır, müdafiəyə qapanmaqla nəticə qazanmaq olmaz. Elə “Qarabağ” da eyni şeyi istəyəcək. Yəni bu matçda iki eyni oyun üslubuna sahib, topa nəzarət edən komandalar üz-üzə gələcək. Açığı, mən “Şkendiya”nın FKSB-yə qarşı göstərdiyi oyundan çox təsirləndim. Eyni şəkildə “Qarabağ”a qarşı da oynamalıdırlar. Kim favoritdir? Bu aydındır. Amma məncə, “Şkendiya”nın mərhələ adlamaq üçün real şansı var”.

Xatırladaq ki, “Şkendiya” ilə “Qarabağ” arasında ilk oyun 5 avqustda Skopyedə, cavab görüşü 12 avqustda Bakıda keçiriləcək.

Chosen
25
2
idmanxeber.az

5Sources