EN

Yekun ballar ictimaiyyətə açıqlanmır - RƏSMİ

Dövlət Proqramı çərçivəsində iştirak edən namizədlərin yekun balları ictimaiyyətə açıqlanmır. Proqramın seçim qaydalarına əsasən, namizədlər topladıqları yekun bala əsasən sıralanır və ayrılmış kvota çərçivəsində ən yüksək bal toplamış şəxslər növbəti mərhələyə keçid imkanı əldə edirlər.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

O bildirib ki, xüsusilə bakalavriat və magistratura səviyyəsi üzrə namizədlər üçün ehtiyat siyahı da formalaşdırılıb: “Bu isə o deməkdir ki, sonradan əlavə imkanlar yarandıqda ehtiyat siyahısında yer alan, lakin yüksək bal toplamış şəxslər də proqramdan yararlanmaq hüququ qazana bilərlər. Seçim prosesi tam şəkildə mövcud qaydalara uyğun və şəffaf şəkildə həyata keçirilir”.

Chosen
20
1
modern.az

10Sources