EN

Fransalı iştirakçı: Anam hər zaman Azərbaycanı bizə qardaş ölkə kimi tanıdıb

Qarabağa səfər edən Fransa vətəndaşı anasının Azərbaycanı qardaş ölkə kimi onlara tanıtdığını deyib.

Bu fikirləri "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsinin Fransadan olan iştirakçısı İbrahim Diavara "Report"un Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında bildirib.

O, Azərbaycanın azad edilmiş ərazilərin bərpasını uğurla yekunlaşdıracağına inandığını vurğulayıb:

“Mən Fransada doğulub böyümüşəm, hazırda Parisdə yaşayıram. Babam seneqallı, anam türkdür. Buraya ilk gəlişim olsa da, Qarabağ savaşını uzun müddət yaxından izlədim. Anam hər zaman Azərbaycanı qardaş ölkə kimi bizə tanıdıb.

Qarabağda gördüklərim çox gözəldir. Xankəndi şəhəri yenidən qurulur. Ərazinin bərpası üçün müəyyən zaman lazımdır. Əminəm ki, Azərbaycan bu işləri uğurla yekunlaşdıracaq”.

Chosen
23
1
report.az

2Sources