EN

Lula da Silva: Bu gün Braziliya əvvəlki kimi ABŞ dan asılı deyil”

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Dünyanın əksər ölkələri ilə güclü iqtisadi əlaqələr qurmağa nail olmuşuq”

“Braziliya ABŞ-dan asılılığını azaltmağa və dünyanın əksər ölkələri ilə güclü iqtisadi əlaqələr qurmağa nail olub. Bu, ABŞ-ın Braziliya məhsullarına tətbiq etdiyi gömrük rüsumları səbəbindən respublikaya iqtisadi böhrandan qaçmağa imkan verəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.

"Bu gün Braziliya əvvəlki kimi ABŞ-dan asılı deyil. Hazırda Braziliyanın bütün dünya ilə çox geniş ticarət əlaqələri var. İqtisadi nöqteyi-nəzərdən bizim daha çox imkanlarımız var", - Prezident qeyd edib.

Silvanın sözlərinə görə, Braziliya ABŞ ilə münasibətlərin dəyərini anlayır, lakin eyni zamanda, milli suverenliyə təsir edə biləcək məsələlərdə Amerika administrasiyasına təslim olmaq niyyətində deyil.

“Vaşinqtonun hədələri Braziliya rəhbərliyini BRİKS tərəfdaşları ilə alternativ ödəniş alətləri axtarışından imtina etməyə məcbur etməyəcək. Başqa ölkələrlə ticarət apara bilməmiz üçün alternativ valyutanın yaradılması zərurətinə inamımdan vaz keçməyəcəyəm”, - Lula da Silva bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
3
ayna.az

4Sources