Braziliya ABŞ-dan asılılığını azaltmağa və dünyanın əksər ölkələri ilə güclü iqtisadi əlaqələr qurmağa nail olub.
APA xəbər verir ki, bunu Braziliyanın dövlət başçısı Luiz İnasio Lula da Silva deyib.
Onun sözlərinə görə bu, ABŞ-ın Braziliya məhsullarına tətbiq etdiyi gömrük rüsumları səbəbindən respublikaya iqtisadi böhrandan qaçmağa imkan verəcək.
"Bu gün Braziliya əvvəlki kimi ABŞ-dan asılı deyil. Hazırda Braziliyanın bütün dünya ilə çox geniş ticarət əlaqələri var. İqtisadi nöqteyi-nəzərdən bizim daha çox imkanlarımız var", - o bildirib.
Prezidentin sözlərinə görə, Braziliya ABŞ-la münasibətlərin dəyərini anlayır, lakin milli suverenliyə təsir edə biləcək məsələlərdə ABŞ administrasiyasına təslim olmaq niyyətində deyil.