“Roma”nın müdafiəçisi Səud Əbdülhəmid karyerasını Fransada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Lans”a icarəyə verilib. 26 yaşlı səudiyyəli ilə icarə müqaviləsi 2025/26 mövsümünə qədərdir.
Ötən mövsüm Əbdülhəmid 10 oyun keçirib, bir qol vurub, həm də məhsuldar ötürmə edib.