EN

Şvartseneggerin baş rola çəkildiyi serialın yayımı dayandırılıb

Şvartseneggerin

Ulduz aktyor Arnold Şvartseneqqerin baş rola çəkildiyi "Fubar" serialının yayımı dayandırılıb.

Reyting.az
"Deadline" nəşrinə istinadla bildirir ki, serialın yayımını dayandırmaq qərarını "Netflix" kino şirkəti verib.

Məlumata görə, 2023-cü ilin mayından yayımlanan birinci mövsüm izləyicilər tərəfindən çox böyük maraqla qarşılansa da, davamı əvvəlki kimi populyarlıq qazanmayıb.

Xatırladaq ki, "Fubar" serialının ilk nümayişi vaxtilə 11 milyon baxış toplamışdı, lakin Hollivudun ulduz aktyorunun çəkildiyi ikinci mövsüm buraxılışı 2,2 milyon izləyici toplaya bilib.

Serialın əsas süjet xətti Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı olan agentin, yəni Arnold Şvartseneqqerin qəhrəmanı ətrafında cərəyan edir. İstefada olan bu kəşfiyyatçı təsadüfən ailəsinə aid bir sirri öyrənir və yenidən xidmətə qayıtmağa məcbur olur.

Oqtay QORÇU
Chosen
19
reyting.az

1Sources