EN

Ən gənc oyunçu “Qarabağ”da, ən yaşlı “Zirə”də oldu

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında ötən mövsüm meydana çıxan ən gənc və ən yaşlı futbolçular müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Mövsümün ən gənci "Qarabağ"ın futbolçusu Amin Rzayev olub. O, 15 yaş 204 günlüyündə olarkən mayın -5də "Sumqayıt"la matçda iştirak edib. Həmin matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən yaşlı oyunçu göstəricisi isə "Zirə"nin qapıçısı Anar Nəzirrova məxsusdur - 39 yaş 251 gün. O, mayın 17-də "Sabah"la görüşdə "Zirə"nin qapısını qoruyub. Bu oyun 1:1 hesabı ilə başa çatıb.

Chosen
21
1
teleqraf.com

2Sources