EN

Azərbaycan millisinin futbolçusunun yeni komandası bu həftə bəlli olacaq

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin yeni komandası bu həftə bəlli olacaq.

Bu barədə yarımmüdafiəçinin atası Şahin Diniyev məlumat verib.

Mütəxəssis futbolçunun bir neçə klubla danışıqlar apardığını söyləyib:

"Hazırda danışıqlar davam edir. Təxminən 4-5 variant var ki, Coşqun həmin komandalardan biri ilə müqavilə bağlayacaq. Bu işlə meneceri məşğuldur. Türkiyə klubu olub-olmayacağını deyə bilmərəm".

Qeyd edək ki, C.Diniyev ötən mövsümü Türkiyə I Liqa təmsilçisi "Çorum"un heyətində keçirib və daha sonra komandadan ayrılıb.

"Cebheinfo.az" 

Chosen
7
2
cebheinfo.az

3Sources