EN

Azərbaycanda dövlət informasiya ehtiyatlarının vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb, Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda formalaşdırılan dövlət informasiya ehtiyatları, sistemləri və elektron xidmətlərin vahid reyestrinin (bundan sonra – vahid reyestr) aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

Qaydalar mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin, habelə onların təhlükəsizliyini təmin edən qurumların informasiya infrastrukturlarına şamil olunmur.

Qaydalarda istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun, ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Bu qaydaların qüvvəyə minməsi ilə hökumətin “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 17 may 2010-cu il tarixli və “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24 noyabr 2011-ci il tarixli qərarları ləğv edilib.

Chosen
16
19
yeniazerbaycan.com

10Sources