AZ

İnformasiya ehtiyatlarının vahid reyestrinin aparılması qaydası təsdiqlənib

Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları”nı təsdiqləyib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədov imzaladığı qərara əsasən, Qaydalar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb, Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda formalaşdırılan dövlət informasiya ehtiyatları, sistemləri və elektron xidmətlərin vahid reyestrinin (bundan sonra – vahid reyestr) aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Seçilən
9
9
mia.az

10Mənbələr