Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.
Kulis.azAPA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.
Mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edirlər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndərib.
Qeyd edək ki, Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Xalq yazıçısı Elçin Əfəndiyev dünən səhər saatlarında 82 yaşında vəfat edib.