EN

Kiprdə Türk dünyası poeziyada döyündü: Azərbaycan şairləri Levkoşada - FOTO

Kiprdə

2025-ci ilin 1–4 avqust tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Levkoşa şəhəri böyük bir ədəbi hadisəyə ev sahibliyi etdi. Burada keçirilən “Türk Dünyası Levkoşa Şeir Axşamları” tədbiri, müxtəlif türk respublikalarından və toplumlarından seçilən şairləri eyni məkanda, eyni səhnədə bir araya gətirdi.Bu möhtəşəm poeziya bayramında Azərbaycanı iki nüfuzlu qadın şair təmsil etdi:KiprdəAysel Xanlarqızı – Vətəndaş Həmrəyliyi Partiyasının Qadın Qollarının sədri, AYB-nin üzvü, ictimai fəal və şair.Xuraman Muradova – Milan Hospitalın təsisçi-direktoru, Azərbaycan, Türkiyə və Özbəkistan Yazıçılar Birliklərinin üzvü, tanınmış şair. Hər iki qələm sahibi tədbir boyu səhnədə Azərbaycan poeziyasının səsini, duyğusunu, zəngin mənəviyyatını layiqincə təcəssüm etdirdilər, şeirləri ilə alqış qazandılar.Tədbirin ən dəyərli məqamlarından biri isə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatarın şəxsən tədbirə qatılması oldu. Prezident Tatar qonaqları salamlayaraq türkün sözə, şeirə verdiyi dəyəri vurğuladı, iştirakçı şairlərin çıxışlarını dinlədi və onlara təşəkkürnamələr təqdim etdi. Levkoşa bu günlərdə yalnız bir şəhər yox, mədəniyyətin, birliyin və poeziyanın paytaxtına çevrildi. Türk dünyasının ürəkləri bu səfərdə poeziyada döyündü. Azərbaycan isə bu səslər içində yenə fərqləndi – səsi ilə, sözü ilə, şairi ilə... Ulusum.az

Diqqət Çəkənlər

Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO

Yay istisində makiyajı necə təravətli saxlayaq?

Darçınlı və portağallı alma mürəbbəsi

Chosen
38
ulusum.az

1Sources