EN

Premyer Liqa klubu bu əcnəbi tərəfindən aldadıldı - SON DƏQİQƏ

«Qəbələ» aldadılıb. Onu aldadan isə polşalıdır.
Kevin Komar sağ göstərib, sol göstərib. Polşalı qapıçı I Liqanın çempionu kimi Premyer Liqaya dönən əyalət təmsilçisinə yalan vəd verərək, Kiprə yollanıb.
Halbuki «qırmızı-qaralar» 22 yaşlı kiperlə 1+1 illik müqavilə şərtlərini razılaşdırmışdı.
O, 2022-ci ildən «Puşça»nın formasını geyinib. Kevin Azərbaycana gəlmək üçün müddəti gələn ilin yayında bitəcək müqaviləsini pozub.
«Qəbələ» ondan öncə İsaak Amoah (son klubu “Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn) və Adriel Ba Louanı (son klubu “Kan”, Fransa) sıralarına qatıb.

SPORTİNFO.AZ

Chosen
15
sportinfo.az

1Sources