EN

Ərdoğan Kiyevə gedəcək

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Hazırda rəsmi Kiyev bu səfərə hazırlaşır”.

Herbiand.az bildirir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal deyib.

O vurğulayıb ki, səfər Ukraynanın dövlət başçısı Vladimir Zelenskinin dəvəti ilə reallaşacaq: “Tərəflər arasında onun reallaşmasına mane olan çoxsaylı məsələlər var. Ona görə də bu səfər əhəmiyyətli səylərin göstərilməsini tələb edir”.

Səfir eyni zamanda, səfərin əsas mövzusunun hər iki ölkə arasında azad ticarət haqqında razılaşmanın ratifikasiyası ola biləcəyini açıqlayıb.

Chosen
21
13
herbiand.az

10Sources