Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Hazırda Kiyev səfərə hazırlıqlarını davam etdirir.
Marja xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal "РБК-Украина"ya məlumat verib.
Diplomat səfərin, Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə həyata keçiriləcəyini qeyd edib.
O, səfərin reallaşmasına mane olan bir neçə məsələnin olduğunu vurğulayıb: “Tərəflər arasında bu səfərin həyata keçirilməsinə mane olan çoxsaylı məsələlər mövcuddur. Buna görə də səfər, böyük səylərin göstərilməsini tələb edir”.
Bundan əlavə, Nəriman Cəlal, səfərin əsas mövzusunun Türkiyə və Ukrayna arasında azad ticarət haqqında razılaşmanın ratifikasiyası olacağını açıqlayıb.