EN

“UTANMAQ LAZIMDIR!...” Beynəlxalq Riyaziyyat Olimpiadasında məyusedici nəticə

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında yekun nəticələr açıqlanıb.

“AzPolitika” xəbər verir ki, 110 ölkənin iştirak etdiyi rəqabətdə Çin Xalq Respublikasının təmsilçiləri 6 qızıl medal qazanaraq ilk yeri tutub. İkinci yeri ABŞ (5 qızıl, 1 gümüş), üçüncü yeri isə Cənubi Koreya (4 qızıl, 2 gümüş) nümayəndələri qazanıb.

Qardaş Türkiyə gəncələri də yüksək naliyyət göstərərək birinci onluqda qərarlaşıblar - 2 qızıl, 3 gümüş, 1 bürünc. Qeyd edək ki, İran komandası da yaxşı nəticə göstərib, qonşu ölkənin olimpiyaçıları 2 qızıl, 3 gümüş, 1 bürünc medalla 12-ci yeri tutublar.

Qeyd edək ki, postsovet ölkələrindən Qazaxıstan 4 gümüş, 2 bürünc medalla 17-ci, Özbəkistan 4 gümüş, 1 bürünclə 28-ci, Qırğızıstan 2 gümüş, 3 bürünclə 37-ci, Türkmənistan 2 gümüş, 1 bürünclə 47-ci, Ermənistan 3 bürünclə 54-cü, Gürcüstan isə 2 bürünc medalla 63-cü sırada qərarlaşıb.

Siyahıda Azərbaycan 74-cü sırada qərarlaşsa da, 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında heç bir medal qazanılmayıb.

Elm və təhsil sahəsi üzrə tanınmış ekspert, keçmiş deputat Etibar Əliyev “Facebook” səhifəsində Azərbaycanın nəticələrinə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyini tənqid edib. O, “Təhsil menecerlərinin daha bir möhtəşəm “uğuru”, qeydini paylaşaraq “Riyaziyyyat geridədirsə, bütün fənnlər geridədir”, - yazıb.

“Utanmaq lazımdır. Bu biabırçı nəticəyə görə Emin müəllim Əmrullayev həmyerlisi və dostu, bu işə məsul olan Fuad Qarayevi mükafatlandıracaq. Buna tam əmin ola bilərsiniz. Missiyadır…”, -keçmiş deputat vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
azpolitika.info

1Sources