EN

İran valyutasından 4 sıfır götürülüb

Bu barədə sözügedən komissiyanın sədri Şəmsəddin Hüseyni yerli mətbuataməlumatverib. O diqqətə çatdırıb ki, bu islahat "Pul və Banklar haqqında" Qanunun 1-ci maddəsinə dəyişiklik üzrə qanun layihəsi çərçivəsində aparılır. Layihəyə əsasən, pul vahidinin adının da "tümən"ə dəyişdirilməsi nəzərdə tutulsa da, ölkənin Mərkəzi Bankı bu addımı məqbul saymayıb.

Beləliklə, təsdiqlənmiş islahata görə, İranda yeni 1 rial keçmiş 10 min riala bərabər sayılacaq. 100 qiran (qəpik) isə 1 rialdır.

"Bu islahatlarla həm Nəzarət Şurasının etirazları aradan qaldırıldı, həm də dəyişiklik aparılan maddə "Mərkəzi Bank haqqında" Qanuna uyğunlaşdırıldı. Dörd sıfırın götürülməsi, valyuta vahidində kəmiyyət dəyişiklikləri hökumətin təklifi və parlamentin qərarı ilə qorunub saxlanıldı",– Hüseyni deyib.

Firudin Həmidli
AzVision.az
Chosen
6
2
azvision.az

3Sources