EN

Trampla dəhşətli telefon danışığı: Deyəcək sözü yox idi...

İsveçrə Prezidenti, Federal Maliyyə Departamentinin rəhbəri Karin Keller-Zutter və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı dəhşətli olub.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Nəşr qeyd edir ki, İsveçrə ABŞ-a 150 milyard dollar sərmayə qoymaq müqabilində Trampın 10%-lik tarifinə razılıq verməyə hazır idi:

“Lakin problemlərin əsl miqyası iyulun 31-də bəlli oldu. Məsələ ilə tanış olan bir neçə şəxsin sözlərinə görə, iyulun 31-i axşam saatlarında Keller-Zutter Donald Trampla fəlakətli telefon danışığı aparıb. Tramp yalnız bir şeydən – İsveçrə ilə ildə 39 milyard dollarlıq ticarət kəsirindən danışıb. Söhbət yaxşı olmadı, Tramp elə ilk dəqiqədən açıq şəkildə bildirdi ki, 10% kifayət deyil. O, bütün diqqətini yalnız İsveçrənin ABŞ-dan pul oğurlamasına yönəltmişdi. Keller-Zutterin deyəcək sözü yox idi”.

Qeyd edək ki, ABŞ avqustun 1-dən İsveçrəyə 39% ixrac rüsumları tətbiq edib.
Chosen
29
6
sherg.az

7Sources