EN

Netanyahudan HƏMAS-a qarşı hərbi əməliyyatları genişləndirməyə eyham – ÖZƏL

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında girovların azad edilməsi üçün hərbi həll yoluna üstünlük verir. 

Olaylar.az xəbər verir ki, bu barədə İsrailli rəsmi ABC telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, İsrail hakimiyyəti hesab edir ki, HƏMAS girovların azad olunması ilə bağlı razılaşma əldə etməkdə maraqlı deyil. Telekanal qeyd edib ki, hazırda Fələstin anklavında azı 20 israilli girovun sağ olduğu ehtimal edilir. Bu səbəbdən Netanyahu Qəzzada hərbi əməliyyatların miqyasını genişləndirməyi planlaşdırır.

İyulun 27-də Qəzzadakı HƏMAS lideri Xəlil əl-Heyya blokada davam etdiyi müddətdə İsraillə danışıqların mənasız olduğunu bildirib. Bundan öncə Netanyahu Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda iştirak edən nümayəndə heyətinə geri çəkilmə əmri vermişdi. Qeyd edək ki, bu danışıqlar iyulun 6-dan etibarən davam edirdi. Nümayəndə heyətinin geri çağırılması radikalların atəşkəs təklifini rədd etməsinə cavab olaraq həyata keçirilib.

ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff da bildirib ki, HƏMAS-ın son cavabından sonra Vaşinqton danışıqlarda iştirak edən nümayəndələrini Dohadan geri çağırıb. O, bu cavabın Qəzzada atəşkəsə nail olmaq istəyi olmadığını açıq göstərdiyini qeyd edib. Bununla belə, fələstinli radikallar Vitkoffun bu qiymətləndirməsi ilə razılaşmayaraq bəyan ediblər ki, digər vasitəçilər həmin cavabı "konstruktiv" adlandıraraq onu təsdiqləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
olaylar.az

1Sources