Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Püşkatma mərasimində “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.
“Bude-Qlimt” (Norveç)
“Seltik” (Şotlandiya)
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandıracağı halda isə Avropa Liqasının pley-off mərhələsində bu komandalardan birinə rəqib olacaq:
“Hamrun Spartans” (Malta) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi
“Yanq Boyz” (İsveçrə)
“Ludoqorets” – “Ferensvaroş” cütünün məğlubu
“Malmö” – “Kopenhagen” cütünün məğlubu
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab matçları isə 26-27-də keçiriləcək. Avropa Liqasında isə pley-off matçları avqustun 21-də və 28-də keçiriləcək.