EN

“Sabah” və “Araz-Naxçıvan”ın mümkün rəqibləri azaldı

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah” komandaları da potensial rəqiblərini öyrənəcək.

Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq. Püşkatmada “Araz-Naxçıvan” – “Ominiya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” – Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq.

 

“Sabah”ın potensial rəqibləri:

“AZ Alkmaar” (Niderland) – “Vaduz”(Lixtenşteyn) cütünün qalibi

“Anderlext” (Belçika) – “Şerif” (Moldova)

“Luqano” (İsveçrə) – “Selje” (Sloveniya)

“Rayo Valyekano”  (İspaniya)

“Rasinq”  (Fransa)

 

“Araz Naxçıvan”ın potensial rəqibləri:

“Riqa” (Latviya) – “Beitar” Yerusəlim (İsrail) cütünün qalibi

PAOK FK (Yunanıstan) – “Volfsberqer” (Avstriya)

“Rusenborq” (Norveç) – “Hammarbü”  (İsveç)

“Hekken” (İsveç) – “Brann” (Norveç)

Qeyd: “Kristal Pelas” FK (İngiltərə). Turnirdə iştirakı hazırda davam edən hüquqi proseslərə bağlıdır.

 

Püşkatma mərasimi saat 16:00-da başlayacaq. Pley-off oyunları isə 21 və 28 avqustda keçiriləcək.

Chosen
24
3
msport.az

9Sources