EN

Avropada 10 mindən çox hotel ayağa qalxdı - məhkəmə başlayır


Dünyanın aparıcı onlayn səyahət platforması olan “Booking.com” turizm tarixində ən böyük kollektiv iddialardan biri ilə qarşılaşıb. Bu barədə Avropa Hotellər, Restoranlar və Kafelər Birliyi (HOTREC) məlumat yayıb.

Avropanın müxtəlif ölkələrində olan 10 mindən çox hotel “Booking.com”a qarşı məhkəmə iddiası qaldırıb. Hotellərin təmsilçiləri 20 il ərzində tətbiq edilmiş ədalətsiz şərtlər və yüksək komissiya haqlarına görə təzminat tələb edirlər. Şikayətlərə əsas səbəb Avropa Ədalət Məhkəsinin 2024-cü ilin payızında qəbul etdiyi qərarla bağlıdır. Həmin qərarda “Booking.com”un hotellərlə bağladığı və onlara öz rəsmi veb-saytlarında və digər şəbəkələrdə daha ucuz qiymət təklifini qadağan edən “ən yaxşı qiymət maddələri”nin rəqabət hüququna zidd olduğu bildirilmişdi.

Mətləb

Chosen
18
baki-xeber.com

1Sources