EN

Braziliya prezidenti: Tramp artıq həddini aşıb...

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkənin ABŞ-dan asılılığını dayandırdığını bildirib...

Poliqon xəbər verir ki, onun sözlərini Brasil247 sitat gətirib.

Siyasətçinin sözlərinə görə, onun amerikalı həmkarı Donald Tramp tariflərin köməyi ilə ölkənin daxili işlərinə qarışmağa çalışır.

"Mən inanıram ki, Tramp istədiyini vergiyə cəlb edə bilər. Lakin o, bütün sərhədləri keçib. ABŞ prezidenti çoxtərəfli yanaşmaya son qoymaq istəyir", da Silva bildirib.

O əlavə edib ki, respublika keçmişdə olduğu kimi indi ABŞ-dan asılı deyil.

"Braziliyanın indi bütün dünya ilə çox geniş ticarət əlaqələri var. İqtisadi nöqteyi-nəzərdən bizim daha çox imkanlarımız var", deyən Braziliya lideri ölkənin suverenliyinə aid məsələlərdə ABŞ-a təslim olmayacağını vurğulayıb.

Poliqon.info 

Chosen
10
6
poliqon.info

10Sources