AZ

Braziliya prezidenti: Tramp bütün sərhədləri keçib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkənin ABŞ-dən asılılığını dayandırdığını bildirib.

Bakues.az “Brasil247″ə istinadən xəbər verir ki, Silva amerikalı həmkarı Donald Trampın tariflərin köməyi ilə ölkənin daxili işlərinə qarışmağa çalışdığını açıqlayıb.

Siyasətçinin sözlərinə görə, hazırda Braziliya keçmişdə olduğu kimi ABŞ-dən asılı deyil:

“Düşünürəm ki, prezident Tramp istədiyini vergiyə cəlb edə bilər. Tramp bütün xətləri keçib. O, çoxtərəfli yanaşmaya son qoymaq istəyir. Braziliyanın indi bütün dünya ilə çox geniş ticarət əlaqələri var. İqtisadi nöqteyi-nəzərdən bizim daha çox imkanlarımız var. Braziliya ölkənin suverenliyinə aid məsələlərdə ABŞ-yə təslim olmayacaq”.

Asim

Seçilən
1
6
icma.az

10Mənbələr