EN

500 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, müsabiqənin nəticələrinə əsasən 356 namizəd magistratura səviyyəsi üzrə proqram iştirakçısı adını qazanıb.

Beləliklə, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər isə doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu siyahıda "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, "Berkeley", "ETH Zurich", "University of Oxford", "Harvard University", "Yale University" kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025-2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən kimsə proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.

Chosen
6
23
report.az

10Sources