EN

Donnarummanın aqibəti necə olacaq?

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Viktor Osimhenin başıbəlalı transferi tamamlanandan sonra Avropada “sabun operası”na çevrilməyə namizəd olan daha bir mövzu ortaya çıxıb. "Football-plus.az" xəbər verir ki, söhbət Canluici Donnarummanın PSJ-də qalıb-qalmaması mövzusudu. Birillik müqaviləsi qalan ünlü qapıçının Paris nəhəngində illik qazancı 13 milyon avroya yaxındı. Rəhbərlik onun məvacibini müəy6yən bonuslar olmaq şərtilə 10 milyon avroya endirmək istəyir. Bu təklif haqlı olaraq Donnarummanı qane etmir. Ümumiyyətlə, bu məsələdə parislilərin rəhbərliyi özünü çox qəribə aparır. Klub Donnarummanın maaşını, məsələn, ötən yay azaltmaq fikrinə düşsəydi, bunu anlayışla qarşılamaq olardı. Amma indi – PSJ Çempionlar Liqasında həsrətə son qoyandan və Donnarumma bu zəfərdə mühüm rol oynayandan sonra belə bir addımın atılması çox qəribə görünür. İtaliyalı hazırda öz mövqeyində dünyanın ən güclülərindən biri, bəlkə də birincisidi. Onun “Qızıl top” uğrunda mübarizədə ilk “10-luq”da yer alması heç kimi təəccübləndirməyəcək. PSJ qəribə şəkildə iki ayağını bir başmağa dirəyərək ona heç bir güzəştə getmək istəmir. Əksinə, PSJ “Lill”in qapıçısı Lukas Şevalyeyə ciddi maraq göstərməklə sanki Donnarummaya ultimatum göndərmiş olur. İddialara görə ÇL-in son qalibi bu qapıçya görə 40 milyon avro (!) ödəməyə hazırdı. Maraqlıdı, görəsən, yeni qapıçıya bu qədər pul xərcləməyə hazır olan klub Donnarummaya nə üçün 2-3 milyon avro artıq vermək istəmir? Çox qəribə və eyni zamandı maraqlı durum yaranıb. Ancaq Şevalye hələ transferə razılıq verməyib. O, yalnız bir şərtlə - əsas heyətdə oynayacağı təqdirdə Parisə köçməyə razıdı. Onsuz da o, Fransa yığmasında əsas qapıçı deyil. DÇ ərəfəsində ehtiyatda oturmaq üçün “Lill”i PSJ-yə dəyişmək isə mənasız addım kimi görünür. Hadisələrin bu cür axarında Donnarummanın üç yolu qalır. O, ya PSJ-nin təklifi ilə razılaşıb klubda qalmalı və Şevalyenin keçidinə mane olmalıdı, ya sərbəst statusda getmək üçün müqavilə müddətinin sonuna qədər, yəni 1 il ehtiyatda qalmağa razı olmalıdı, ya da bu yay ayrılmalıdı. Fabritsio Romanonun son xəbərinə görə Donnarumma klubda qalıb Şevalye ilə rəqabət aparmağa hazırdı. Amma problem ondadı ki, Şevalyeni onunla rəqabət aparmağa yox, onun yerinə gətirmək istəyirlər! Təkliflərə gəlincə, Donnarumma hələ də “Team Raiola” menecerlik şirkəti ilə əməkdaşlıq edir. Onun əsas meneceri mərhum Mino Rayolanın yaxın qohumu Entsodu. “Ekip”in iddiasına görə, Entso PSJ rəhbərliyini qıcıqlandırmaq üçün bilərəkdən ortaya olmayan variantlar atır. Guya Donnarummaya “Bavariya”, “Yuventus” kimi klublar maraq göstərir. Hətta bəzi mənbələr Canluicinin doğma “Milan”a qayıdacağını da iddia edir. Amma onun bu klubdan necə qalmaqalla ayrıldığını xatırlasaq, bu, mümkün görünmür. Yeri gəlmişkən, bu qapıçıya cidd imaraq göstərənlər arasında “Qalatasaray” da var. Amma Donnarummanın karyerasının zirvəsində Türkiyəyə yollanacağı inandırıcı görünmür. Hər halda, hamı Viktor Osimhen kimi hərəkət etmir...

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
icma.az

2Sources