Avstraliyanın şərqindəki bir neçə şəhər son onilliklərin ən qalın qarı ilə örtülüb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, ötən həftəsonu Yeni Cənubi Uels ştatında soyuq hava cəbhəsi nəticəsində 40 santimetrədək qar yağıb.
Avstraliya Hava Bürosunun meteoroloqu Miriam Bredberinin sözlərinə görə, 1980-ci illərin ortalarından bəri bu qədər qar yağmayıb.
Qeyd edilib ki, hava anomaliyası daşqınlara, nəqliyyat iflicinə və minlərlə evdə elektrik enerjisinin kəsilməsinə də səbəb olub.