EN

İran rialın denominasiyasına gedir

İran Məclisinin İqtisadiyyat Komitəsi ölkənin pul vahidi rialın adını dəyişdirmədən denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

 

TASS bildirir ki, bu barədə komitənin rəhbəri Şəmsəddin Hüseyni məlumat verib.

 

Hökumət layihəsində pul vahidinin adının "rial"dan "tümən"ə dəyişdirilməsi də yer alıb, lakin mərkəzi bank haqqında qanuna əsasən, komitə bu yeniliyin əleyhinə səs verib.

 

Həmçinin "kran" adlanan əlavə pul vahidi də təsdiq edilib. Beləliklə, 1 yeni rial 10 min cari riala, eləcə də 100 krana bərabər olacaq.

 

Qeyd edək ki, sürətlə ucuzlaşan İran rialının denominasiyası təklifini ölkə Prezidenti Məsud Pezeşkian irəli sürüb.

 

Chosen
30
4
senzor.az

7Sources