EN

6,5 maqnitudalı zəlzələ oldu Sunami təhlükəsi… KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Sakit okeanda Şimali Kuril adaları yaxınlığında 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

KONKRET.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat verib.

Zəlzələnin episentri Şimali-Kurilsk şəhərindən 232 km cənub-şərqdə yerləşib, ocağı dəniz dibindən 62 km dərinlikdə olub.

Şimali-Kurilskdə zəlzələ üç-dörd bal gücündə hiss edilib. Sunami təhlükəsi elan edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
15
konkret.az

10Sources