EN

“Qarabağ”ın pley off da potensial rəqibi müəyyənləşir Bu gün püşkatmadır

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

QOL.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənəcək. 

Püşkatma zamanı “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) cütü səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:

-  “Bude-Qlimt” (Norveç)

-  “Seltik” (Şotlandiya)

Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)

“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)

“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Avroliqada da püşk atılır

Bu gün həmçinin Avropa Liqasının da pley-off mərhələsinin püşkü atllacaq. Bu zaman “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) cütünün məğlunun da rəqibi bəlli olacaq. Avroliqada pley-mərhələsinin püşkatma mərasimi isə Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
2
qol.az

10Sources