EN

Suriyada işıqlar Azərbaycan qazı ilə yanacaq: QHT sədrindən AÇIQLAMA

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, Azərbaycanla Suriya arasında qaz ixracı sahəsində başlanan əməkdaşlıq iqtisadi və regional baxımdan əhəmiyyətli addımdır.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan ümumilikdə 12.1 mlrd m³ qaz ixrac edib:

"Bu göstəricilər Azərbaycanın yeni bazarlara, o cümlədən Yaxın Şərqə açılmasının strateji əhəmiyyətini artırır. Avqustun 1-dən etibarən Azərbaycan qazı Türkiyənin Kilis-Hələb kəməri vasitəsilə Suriyaya çatdırılacaq. İlk mərhələdə illik 1.2 mlrd m³ qaz ixracı planlaşdırılır. Bu həcmlə Suriyada elektrik enerjisi istehsalı gündəlik 3-4 saatdan 10 saata qədər artırıla bilər".

QHT sədri əlavə edib ki, bu əməkdaşlıq Azərbaycanın qaz bazarını diversifikasiya etməklə yanaşı, Suriyanın bərpasına dəstək verir və Azərbaycanın regionda etibarlı enerji tərəfdaşı kimi mövqeyini gücləndirir. Gələcəkdə ixracın illik 2 mlrd m³-ə çatdırılması və 1,200 MVt-lıq elektrik istehsalına dəstək verilməsi nəzərdə tutulur.

 

Pərvanə Fərhadqızı

Chosen
8
qht.az

1Sources