"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlsə, potensial rəqibi bu gün məlum olacaq.

Offsideplus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da, İsveçrənin Nyon şəhərində ÇL-nın pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Qurban Qurbanovun yetirmələri bu mərhələdə mübarizə aparmaq üçün ilk öncə "Şkendiya" səddini keçirməlidir. İlk matç avqustun 5-də, səfərdə, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda oynanılacaq.

Qeyd edək ki, "Qarabağ" daha öncə 4 dəfə Çempionlar Liqasının sonuncu təsnifat mərhələsində mübarizə aparıb. Onlar cəmi 1 dəfə bu turu keçməyi bacarıb və əsas mərhələdə mübarizə aparıb.