EN

Azərbaycanda pul bazası cüzi artıb

Azərbaycanda pul bazasının həcmində artım qeydə alınıb.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya əsasən, bu ilin avqust ayının 1-nə ölkədə pul bazasının həcmi 21 milyard 471.3 milyon manat təşkil edib.

Məlumata görə, bu göstərici son bir ay ərzində 841.6 milyon manat və ya 4.1% artıb.

İllik müqayisədə isə pul bazasında daha kəskin artım müşahidə olunub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 1 milyard 70.3 milyon manat (5.2%) genişlənib. Ötən ilin sonu ilə müqayisədə isə artım 554.8 milyon manat (2.7%) təşkil edib.

Xatırladaq ki, bir ay əvvəl pul bazasının həcmi 20 milyard 629.7 milyon manata, ötən ilin müvafiq dövründə 20 milyard 401.0 milyon manata, 2024-cü ilin sonunda isə 20 milyard 916.5 milyon manata bərabər olub.

Chosen
14
fed.az

1Sources