EN

Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq

Səhiyyə Nazirliyinin tabeliyində oilan Səhiyyənin Təminat Mərkəzi daha bir tenderini sonlandırıb.

Tribunainfo.az xəbər verir ki, qurum dünən bununla bağlı nəticələri açıqlayıb.

Məlum olub ki, Səhiyyənin Təminat Mərkəzi xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilən dərman preparatlarının satın alınmasını reallaşdıracaq. Bu məqsədlə “ZEYTUN PHARMACEUTİCALS” MMC ilə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilənin dəyəri isə 3 milyon 867 min 422 manat təşkil edib.

Qeyd edək ki, “ZEYTUN PHARMACEUTİCALS” MMC “Zeytun Farm” adı altında 09 oktyabr 2014-cü ildə təsis edilib. 1200-dən çox aptek şəbəkəsi olan şirkətin rəhbəri iş adamı Bəhruz Şirəliyevdir. O, eyni zamanda, “Nurgun Holding”də yüksək vəzifə tutur və vaxtilə “Rəvan” futbol klubunun vitse-prezidenti olub.

Bəzi media orqanlarında yayılan məlumata görə, Bəhruz Şirəliyev keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin qohumudur. Elə şirkətin də faktiki Oqtay Şirəliyevə məxsus olması barədə dəfələrlə mediada məlumatlar yayılsa da, təkzib olunmayıb.

Tərəfləri dinləməyə hazırıq.

Fərda Uğur

 

Chosen
12
1
tribunainfo.az

2Sources