"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun meksikalı "Nekaksa" ilə ev oyununda sağ ayağından zədə alıb.
Â
Bu barədə "İnter Mayami"nin mətbuat xidməti məlumat yayıb.
Â
Argentinalı matçın 11-ci dəqiqəsində əvəzlənib. Belə ki, Messi dizlərində narahatlıq hiss edib.
Â
Klubun press-relizində Messinin yüngül zədə aldığı qeyd edilib. Hücumçu reabilitasiya prosedurlarından keçməli olacaq, futbolçunun meydana qayıtma tarixi dəqiqləşdirilməyib.
Â
Messinin 38 yaşı var, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Futbolçu ötən mövsüm MLS-in müntəzəm çempionluğunu qazanıb və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.