AZ

Messiyə zədə ilə bağlı diaqnoz qoyuldu

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun meksikalı “Nekaxa” ilə ev oyununda sağ ayağından zədə alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "İnter Mayami"nin mətbuat xidməti məlumat yayıb.

Argentinalı matçın 11-ci dəqiqəsində əvəzlənib. Messi dizlərində diskomfort hiss edib.

Klub press-relizində Messinin zədəsinin yüngül olduğunu qeyd edib.

Hücumçu reabilitasiya prosedurlarından keçməli olacaq. Futbolçunun yaşıl meydanlara qayıtma tarixi barədə məlumat verilməyib.

Qeyd edək ki, Messinin 38 yaşı var və 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Futbolçu ötən mövsüm MLS-in müntəzəm çempionluğunu qazanıb və turnirin ən yaxşı oyunçusu seçilib. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Xatərladaq ki, Messi karyerası ərzində İspaniyanın “Barselona”sında və Fransanın “Pari Sen Jermen”ində çıxış edib.

Argentinalı səkkiz dəfə “Qızıl top”un qalibi olub. O, Argentina millisi ilə Dünya Kubokunu (2022) və Amerika Kubokunu (2021, 2024) qazanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
yeniavaz.com

8Mənbələr