EN

Dörd keçmiş müdafiə naziri axtarışa verilib

Dörd

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın dörd keçmiş müdafiə nazirini - Mixail Kovalı, Valeri Qeleteyi, Stepan Poltorakı və Andrey Zaqorodnyuku axtarışa verib.

Reyting.az
xəbər verir ki, Rusiya KİV-ləri bu barədə məlumatı axtarışda olanların siyahısına istinadla yayıb.

Rusiya KİV-ləri yazır ki, Koval Donbass sakinlərinə qarşı hərbi təcavüzü əlaqələndirməkdə qiyabi ittiham olunub. Qeletey və Poltorakı isə qiyabi olaraq Donbassın rusdilli əhalisinin soyqırımında ittiham edirlər. Müstəntiqlərin fikrincə, Zaqorodnyuk Donbass yaşayış məntəqələrinin atəşə tutulmasına görə məsuliyyət daşıyır.

Bundan əvvəl Ukrayna Voronej vilayətinin başçısı Aleksandr Qusevə qarşı da ittiham irəli sürüb. Ukrayna təhlükəsizlik qüvvələri qubernatoru Rusiya Silahlı Qüvvələrini maliyyələşdirməkdə ittiham edir. O, həmçinin Rusiya qoşunlarına texnika ötürməkdə ittiham olunur.

E. KAMAL
Chosen
6
1
reyting.az

2Sources