EN

İran milli valyutasındakı sıfırları yenidən “silir”, adını dəyişir – denominasiya

İran Məclisinin (birpalatalı parlament) İqtisadiyyat Komitəsi rialın adını dəyişdirmədən yenidən denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Bu barədə komitənin rəhbəri Şəmsəddin Hüseyni məlumat verib.

Ş. Hüseyni qeyd edib ki, hökumətin layihəsində pul vahidinin adının “riyal”dan “tümən”ə dəyişdirilməsi də təklif edilib, lakin Mərkəzi Bank haqqında qanuna əsaslanaraq, komitə bu yeniliyin əleyhinə səs verib:

“Komitənin bugünkü qərarında hökumətin təşəbbüsü qəbul edilib və məclisin əvvəlki qərarı təsdiqlənib. Valyuta islahatı kəmiyyət baxımından qüvvədə qalır, “yeni valyutanın vahidi” hazırkı 10.000 riala ekvivalent olacaq.

Eyni zamanda, əvvəlki fərmana uyğun olaraq, kran adlanan əlavə pul vahidləri təsdiq edilib. Beləliklə, hər yeni rial 10 min cari riala, hər yeni rial isə 100 krana bərabər olacaq”.

MənbəReport
Chosen
42
1
banker.az

2Sources